BMT-nin İnsan Hüquqları Şurasının noyabrın 24-də Cenevrədə (İsveçrə) xüsusi iclası keçiriləcək və İranda insan haqları ilə bağlı vəziyyətin pisləşməsi müzakirə ediləcək.
"Unikal" xarici KİV-ə istinadən əbər verir ki, iclasda İranda qadın və uşaqlarla bağlı vəziyyətə xüsusi diqqət yetiriləcək.
Xüsusi sessiya ərəfəsində BMT-nin İnsan Hüquqları Şurasının hazırkı sədri Federiko Vileqas sessiya və onun təşkili ilə bağlı məlumat xarakterli məsləhətləşmələr keçirəcək.