Bu ilin 5 ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 3 ton 313 kq 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 87 milyon 551 min manat kimi qiymətləndirilir.
"Unikal" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 101 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 196 kq 338 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 110 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 062 kq 775,163 qr maddə müsadirə edilib.