İranın xarici işlər naziri Abbas Araqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçiriləcək iclasında iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə görüşün İsrail və İran arasında davam edən müharibənin kölgəsi altında baş tutacağını bildirib.
Xüsusi sessiyada İsrailin İrana qarşı son hücumlarını, xüsusilə də cümə axşamı Ərak şəhərindəki Kondab nüvə obyektinə hücumunu müzakirə edəcəyi gözlənilir.