Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinə və Kiyev şəhərinə raketlər atıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın Sumı və Odessa vilayətlərində də partlayış səsləri də eşidilib.

Hazırda  hava hücumundan müdafiə (HHM) sistemləri işləyir.

***17:27

Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  Kiyev meri Vitali Kliçko sosial media hesabında açıqlama verib.  

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba Kiyev sakinlərini hava xəbərdarlığına diqqət yetirməyə çağırıb.