"Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiyanın enerji sektorundakı hərəkətlərini kəskin tənqid edib".

"Unikal" xəbər verir kii, bu barədə DPA məlumat yayıb. 

“Biz görürük ki, Rusiya qazını satmaq əvəzinə yandırmağa üstünlük verir. Bu, qlobal enerji bazarlarında kəsir yaradır və qiymətlərin kəskin artmasına səbəb olur”, - deyə fon der Leyen çərşənbə axşamı İndoneziyada keçirilən G20 sammitinin ilk sessiyasında bildirib.

Onun sözlərinə görə, buna görə də Aİ Rusiyadan aşağı və orta gəlirli ölkələrə fayda verəcək neftin qiymətinin tavanının tətbiqini dəstəkləyib.

"Lakin mövcud vəziyyətə ən yaxşı cavabımız ekoloji cəhətdən təmiz enerjinin müxtəlif formalarına keçid prosesini sürətləndirməkdir", - Avropa Komissiyasının rəhbəri əlavə edib.

O vurğulayıb ki, bu, dünyanın digər regionları üçün böyük imkanlar açan “enerji və iqlim böhranlarına yeganə cavabdır”.

Gültəkin Ələsgər