Rusiyanın atdığı iki raket Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjevodov şəhərinə düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə ZET radiosu qeyri-rəsmi mənbələrə istinadən məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, mərmilər Lubelskie voyevodluğunun Prjevodov kəndinə düşüb, hadisə nəticəsində iki nəfər ölüb.

Əlavə edilir ki, hadisə yerində polis, prokurorluq və ordu qüvvələri işləyir. Raketlərin mənsubiyyəti dəqiqləşdirilməyib.

RİA Novosti agentliyi xəbər verir ki, Polşanın baş naziri Təhlükəsizlik Şurasının komitəsinin iclasını çağırıb.

Gültəkin Ələsgər