Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın sülh planının hər bəndinə on raketlə cavab verdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə sosial media hesabında açıqlama yayıb. 

Rusiyanın hücumlarından zərərçəkmiş yerlərin fotolarını paylaşan Zelenski, "Rusiyaya sülhdən danışırlar, o da raketlərlə cavab verir. Ona Rusiyanın provokasiya etdiyi qlobal böhranlardan danışılır, İranın pilotsuz təyyarələri ilə cavab verir. O, sülh planının hər bəndi üçün on raket atdı", - deyə qeyd edib.  

Gülayə  Mecid