Ukrayna Daxili İşlər Nazirliyinin saytında Çeçenistan Respublikasının rəhbəri “ibtidai istintaq orqanlarından gizlənən şəxs” kimi göstərilib.

"Uniikal" xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovu axtarışa verib.  Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin saytında məlumatlar yer alıb. 

İdarənin saytında Kadırov “ibtidai istintaq orqanlarından gizlənən şəxs” kimi qeyd olunub. Onun fotosu da dərc olunub.

Avqustun 26-da SBU Kadırova qarşı Cinayət Məcəlləsinin üç maddəsi, o cümlədən “aqressiv müharibə aparmaq” və “Ukrayna ərazisinin sərhədlərini dəyişdirmək məqsədi ilə qəsdən hərəkətlər etmək” üzrə ittiham irəli sürüb. 

Gültəkin Ələsgər