Şəmkirdə dəm qazından zəhərlənən kişi dünyasını dəyişib.
Bu barədə "Unikal"a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.
Onun sözlərinə görə, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini 1982-cı il təvəllüdlü Abulrəhimov Elburusun yaşadığı evədə dəm qazında zəhərlənərək ölməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırma zamanı məlum olub ki, E.Abulrəhimov hamamda çimən zaman dəm qazında boğulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tural Əhmədov