"Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində deyib.
O qeyd edib ki, bugünkü görüşdə iki qonşu ölkə arasında münasibətlərin kompleks tənzimlənməsi məsələsi müzakirə olunacaq.
“Təbii ki, bu, diqqət tələb edən çox kəskin məsələdir”, - deyən Rusiya lideri Soçidə keçirilən üçtərəfli danışıqların gələcək fundamental məsələlərin həlli üçün yaxşı əsas olduğunu qeyd edib.
Vladimir Putin irqi strukturda müsbət irəliləyişlərlə yanaşı, çatışmazlıqların da olduğunu vurğulayıb və o, KTMT-yə üzv ölkələrin liderləri ilə qapalı görüşdə bu barədə daha ətraflı danışacağını vəd edib.
Putin KTMT sammitində iştirak etmək üçün bu gün Ermənistana gəlib .
Kremlin sözçüsü Dmitri Peskovun daha əvvəl dediyi kimi, prezident Putinin İrəvanda baş nazir Paşinyanla da ayrıca görüşü olacaq.
Gültəkin Ələsgər