Qətərdə keçirilən dünya çempionatının G qrupunda mübarizəyə start verilib.
"Unikal" xəbər verir ki, qrupun ilk oyununda İsveçrə Kamerun yığması ilə qarşılaşıb. Görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.
Qrupun digər matçında Braziliya Serbiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.