Ucar rayonunun Təzə Şilyan kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.