Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yeni şöbə yaradılıb.
"Unikal" xəbər verir ki, PA-da yeni yaradılan şöbə Hərbi-texniki təminat məsələləri şöbəsidir.
Prezident İlham Əliyevin sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.