Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Camal Abışovu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.