Çində son sutka ərzində 40 052 nəfər koronavirusa yoluxub.

"Unikal"ın məlumatına görə, bu barədə bu gün rəsmi qurumlar bildirib.

Qeyd olunur ki, bu, koronavirus pandemiyası başlayandan bəri Çində qeydə alınan ən yüksək gündəlik göstərici olub. Eyni zamanda yoluxanların böyük əksəriyyətinin xəstəliyi simptomsuz keçirdiyi bildirilir.

Xatırladaq ki, Çində son aylarda "sıfır kovid" siyasəti ilə əlaqədar iri şəhərlərdə sərt məhdudiyyətlər tətbiq olunur. Ötən həftə sonu bəzi şəhərlərdə bununla bağlı bir neçə etiraz aksiyası keçirilib.