Bakı şəhəri, Yasamal rayonu, Əhəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan ikiotaqlı mənzilin eyvanında 2 ədəd su qızdırıcısı və 0,5 p.m dolab yanıb, yüksək temperaturdan eyvanın pəncərə çərçivəsi qismən qarsalanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***15:03

Bakıda yaşayış binası yanır.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.