Türkiyədə Bartın-Zunquldağ avtomobil yolunun Akçamescit hissəsində sərnişin avtobusu aşıb. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir  ki, hadisə nəticəsində 39 nəfər yaralanıb.

Hadisə yerinə jandarm, təcili tibbi yardım heyəti və yanğınsöndürənlər cəlb olunub.

Qəzanın baş vermə səbəbi  araşdırılır.