Ukrayna prezidenti  Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakın Londonun Dauninq-stritdəki iqamətgahını ziyarət edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Sunakın həyat yoldaşı Akşata Murti Yelena Zelenskini iqamətgahda qarşılayıb.

Məlumata görə, Zelenskinin həyat yoldaşı Britaniya parlamentində çıxış edəcək.