Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı intensiv hücumlarını davam etdirdiyini, lakin Ukraynanın heç vaxt dağıntı yeri olmayacağını bildirib.

"Unikal" xəbər verir  ki, Zelenski  sosial media hesabından paylaşdığı video mesajında ​​Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı son hadisələri dəyərləndirib.

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə qarşı hücumlarını davam etdirdiyini qeyd edən Zelenski, "Cəmi bir həftə ərzində düşmən bizim Xerson bölgəsində 30 yaşayış məntəqəsini 258 dəfə atəşə tutub", - deyib.  

Zelenski ölkəsində müharibəyə başlayan Rusiya hökumətini tənqid edərək, "20 illik hakimiyyətdən sonra dövlətlərinin böyük bir hissəsi sanki orada müharibə baş vermiş kimi viran qalıb" - vurğulayıb. 

Rusiyanın Moskvadan gələn “təlimatlara” uyğun hərəkət etmədiyi üçün “intiqam” üçün Ukraynaya müharibə elan etdiyini iddia edən Zelenski, “Ukrayna heç vaxt dağıntı yeri olmayacaq” deyib.

Dünyanın humanitar yardıma ehtiyacı olan ölkələrə taxıl məhsullarını çatdırmaq üçün Ukraynada taxıl təşəbbüsü platforması qurduqlarını xatırladan Zelenski, bu mövzuda Türkiyə, ABŞ, Koreya, Yaponiya, bəzi Avropa İttifaqı (Aİ) ölkələri, NATO və Birləşmiş Millətlər Təşkilatı (BMT) də əhəmiyyətli dəstək aldıqlarını xatırladıb. 

Gülayə Mecid