Ukrayna Nazirlər Kabineti Yelena İvanovskanı yeni dil ombudsmanı təyin edib.

"Unikal" xəbər verir ki, bunu hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz "Teleqram" kanalında yazıb.

“Yelena Petrovna İvanovska Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkil vəzifəsinə təyin edilib", - Melniçuk deyib.

Melniçukun sözlərinə görə, iclas zamanı həmçinin Sumı və Xmelnitski vilayət dövlət administrasiyalarının sədr müavinləri də təyin edilib.