İyunun son həftəsindən Pakistana təsir edən musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, musson yağışlarının Xayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətlərinə təsirini davam etdirib.
Son 48 saatda yağan yağışların səbəb olduğu daşqınlarda 7 nəfərin öldüyü, 12 nəfərin yaralandığı, bununla da 26 iyun-14 iyul tarixləri arasında ölənlərin sayının 111-ə, yaralıların sayının isə 212-yə çatdığı bildirilib.