Dünyanın ən yaşlı marafonçusu, 114 yaşlı Fauca Sinqhi avtomobil vuraraq öldürüb. 

"Unikal" xəbər verir ki, hadisə Hindistanın şimal-qərbindəki Pəncab əyalətindəki doğma Beas kəndi yaxınlığında baş verib. O, Şriman xəstəxanasına yerləşdirilib, orada başından və qabırğasından aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, marafon yarışlarına 89 yaşından başlayan Sinqh həyat yoldaşı və oğlunun ölümündən sonra İngiltərəyə köçüb. 

Fauca Sinqh Böyük Britaniya kraliçası Yelizavetadan 100 illik yubileyi münasibətilə təbrik məktubu da alıb.

Sinqh 80-ci illərin sonlarında marafon yarışlarına başlayanda "Turbanlı Tornado" ləqəbini qazanıb.