"Azərbaycanda dövlət quruculuğu istiqamətində atılan addımlar zəruri edir ki, biz yeni Konstitusiya qəbul edək".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Burada ilk atacağımız addım Azərbaycanın adını dəyişdirmək olmalıdır. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Necə ki, bölünmüş digər xalqların adında Şimali və Cənubi ifadəsi var. Düşünürəm ki, bu həm də Cənubi azərbaycanlılar üçün stimul olar”, - deyə deputat bildirib.
Anar Kəlbiyev