" “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi çoxpartiyalı sistemin təşəkkül tapmasına kömək olacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı deyib.
“Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda bir çox hallarda çoxpartiyalı sistem yox, partiyaların çoxluğunu nəzərdə tuturuq. Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunda 1993-cü ildən bu günə qədər 70-dən çox dəyişiklik edilib. Lakin indiki yeni layihənin birinci oxunuşuna qədər 66 dəyişiklik olunub. Bu onun göstəricisidir ki, qanun layihəsinin müzakirəsi üçün ölkədə fəaliyyət göstərən siyasi partiya və ictimai birliklərin iştirakına tam şərait yaradılıb.Bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da hüquq münasibətlərinin bütövlükdə ictimai münasibətlərin dinamikası çox genişdir. Heç şübhəsiz ki, yeni qanun layihəsinin qəbul edilməsi cəmiyyətdə siyasi və hüquqi mədəniyyətin yeni mərhələsini formalaşdırmaqdır. Bu baxımdan, qanunun icrası üçün bizdən, hüquq mühafizə orqanlarından, eləcə də icra orqanlarından çox şey tələb edilir. Hüquqi mədəniyyət yüksəkdirsə, deməli cəmiyyətdə hüququn aliliyi də çox olacaq” – Z.Əsgərov qeyd edib.
Anar Kəlbiyev