Noyabr ayının 30-da saat 15:00-da "Facebook" (https://www.facebook.com/Ruslan.Y.Aliyev) və "Instagram" (ruslanaliyev.official)  sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin növbəti canlı yayımı planlaşdırılır.

"Unikal" xəbər verir ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciət edə bilərlər.