"Bəzi insanlar cibində 5-6 partiyanın vəsiqəsini gəzdirir. Harada hansı sərf edirsə, onu çıxarırlar".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev deyib.
Onun sözlərinə görə, elə siyasi partiya sədri var ki, rəhbərlik etdiyi partiyanın möhürünü hara qoyubsa, heç özünün yadına da düşümür.
"Elə siyasi partiyalar var ki, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur. Elə sədr var ki, həyat yoldaşı belə onun partiyasına üzv olmur ki, get işinlə məşğul ol, səndən siyasətçi olmaz. Siyasi partiyalara hörmət olmalı və nüfuzu qalxmalıdır. 3-5 və ya 10 nəfərlə siyasi partiya olmaz. Bir ara siyasi partiya yaratmaq dəb halını almışdı. Bu gün başqa dövrdür”.
Anar Kəlbiyev