Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 1 il ötür.

"Unikal" xəbər verir ki, səhər saatlarından başlayaraq şəhid hərbçilərin ailə üzvləri, yaxınları İkinci Fəxri xiyabanda onların məzarlarını ziyarət edirlər.

Müxbir: Anar Kəlbiyev

Foto: Ayxan Məlikov