Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.
"Unikal" xəbər verir ki, Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov bildirib ki, Gültəkin Hacıbəyli Nəsimi rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb. Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib.
***
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.
"Unikal" xəbər verir ki, o xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.
G.Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb.
Saxlanılarkən məlum olub ki, o, məhkəmə tərəfindən axtarışa verilibmiş. Daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb.