Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 1 il ötür.
"Unikal"ın məlumatına görə, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi, general-leytenant Rəşad Sadiqov, DSX-nin rəis müavini, general-leytenant İlham Mehdiyev, digər general və zabitlər İkinci Fəxri Xiyabanda şəhid pilotların məzarlarını ziyarət ediblər.
Müxbir: Anar Kəlbiyev
Foto: Ayxan Məlikov