AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Süni İntellekt metodlarının tətbiqi ilə tanınma məsələlərinin tədqiqi laboratoriyasının aparıcı elmi işçisi professor Şahnaz Şahbazova 28 noyabr 2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Texnologiya və Dizayn fakültəsinin Rəqəmsal texnologiyalar və tətbiqi informatika  kafedrasının təşkil etdiyi elmi seminarda çıxış edib.  

"Unikal"  xəbər verir ki, Ş.Şahbazova seminarda “Təlim və biliyə nəzarət intellektual informasiya sistemi kompleksinin arxitekturasının modelləşdirilməsi” (TBNİİS) məruzəsilə çıxış edib. 

Məruzədə tədris prosesinin təşkilinin səmərəliliyini artıran, vacib olan  əsas model və metodlar konkretləşdirilmiş, tədqiq edilib. Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.