Qüdsdə yürüş zamanı erməni arxiyepiskopu və digər zəvvarlara tüpürən İsrail ordusunun bir neçə əsgəri həbs edilib. 

"Unikal" İsrail KİV-lərinə istinadən xəbər verir ki, onlar ötən ayın əvvəlində qeyri-etik davranışda şübhəli bilinərək tutulublar. 

Tezliklə azad edilən əsgərlərdən biri zəvvarlara deyil, yalnız yerə tüpürdüyünü deyib. 

Hər iki şəxsin "hörmətsiz davranışa" görə intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilib.

Ağarza Elçinoğlu