Rusiya prezidenti Vladimir Putinin Böyük Britaniyada onun əmri ilə hər an öldürməyə hazır casuslar şəbəkəsi var.

"Unikal" xəbər verir ki, bunu B.Britaniyanın keçmiş Mİ6 zabiti Kulian Riçards bildirib.

Onun sözlərinə  görə, bu casuslar illərlə adi mülki həyat sürür, hətta milli müdafiə kimi mühüm sənayedə belə iş tapırlar. Onlar tez-tez xırda işlərlə başlayır və karyera nərdivanlarında yüksəlir, bəzən şantaj və rüşvətxorluğa əl atırlar. Əhəmiyyətli mövqelər tutaraq və məlumat əldə etmək imkanı əldə edərək, vəziyyətə təsir göstərməyə çalışırlar.

Riçards həmçinin iddia edir ki, Putinin adamları hökumətlərə xidmət göstərən kommersiya şirkətlərinə - məsələn, "British Aerospace"ə sızmaq üçün təlim keçiblər.

"Nəzəri olaraq, lazım gəlsə, kimisə öldürə bilərdilər. Biz bilirik ki, Böyük Britaniya həmişə ruslar üçün xüsusi hədəf olub. Onlar bilirlər ki, bizim Amerika kəşfiyyat sistemi ilə güclü əlaqələrimiz var", - Riçards vurğulayıb. O qeyd edib ki, Putinin casus şəbəkəsinin nə qədər effektiv və geniş olduğunu qiymətləndirmək çətindir. 

İngiltərənin ən yaxın müttəfiqi olan ABŞ da Putinə işləyən agentləri ifşa edir. Onlardan biri də casus kimi fəaliyyət göstərən və ABŞ siyasətinə qarışmağa çalışan rusiyalı Mariya Butinadır. 2018-ci ildə o, həbs edilib, sonra Rusiyaya deportasiya edilib və hazırda Dövlət Dumasının deputatıdır.

Mariya Butina Amerika həbsxanasındadırDaha bir casus şəbəkəsi -  Andriy Bezrukov və Olena Vavilova özlərini ABŞ-da yaşayan Kanada vətəndaşı kimi göstəriblər. Bezrukov özünü Donald Heathfield adlı kanadalı diplomatın oğlu kimi təqdim edib, həyat yoldaşı Vavilova isə özünü daşınmaz əmlak agenti Treysi Li Ann Foli kimi göstərib.

Rus casusu Andriy Bezrukov, əfsanəyə görə, kanadalı diplomatın oğlu olub

Casus Vavilova daşınmaz əmlak agenti işləyib