Rusiyanın cənub və mərkəzi hissəsində yerləşən bir sıra hava limanlarında uçuşlara qoyulan məhdudiyyət rejimi dekabrın 9-nadək uzadılıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb.
Məlumata görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanları qapalı olaraq qalacaq.