Ukraynanın Xerson vilayətinin Myrolyubivka kəndində işğal zamanı ögey ata övladlığa götürdüyü qızını və digər 6 ukraynalını ruslara satıb. Hərbçilər yeddi ukraynalı gəncə işgəncə veriblər.

"Unikal" xəbər verir ki, bu barədə ukraynalı yazıçı Bohdan Kutsenko sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə  görə, ögey ata bunu on yaşından döyüb zorladığı övladlığa götürdüyü qızının qisasını almaq üçün edib. Yazıçı bildirir ki, düşmənlər ərazidə ferma mühafizəçisinin evini ələ keçirib və  gənclərə işgəncə veriblər. Daha sonra isə onları güllələyib öldürdükdən sonra evi partladıblar.  Guya ki, insanlar partlayış nəticəsində ölüblər.  

"Ögey ata hər şeyi etiraf edib və indi həbsdədir. Onun qarajında ​​oğurlanmış və həmkəndlilərindən götürülmüş, məktəbdən oğurlanmış əşyalar tapılıb. Eksqumasiya zamanı yeddi meyit tapılıb - altı oğlan və bir qız... Çox dəhşətlidir". - yazıçı qeyd edib.