"Ukraynanın yenidən qurulması böyük vəsait tələb edəcək. Rusiya bu əvəzi ödəməlidir".

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.  

Avropanın yeni bir təhlükəsizlik nizamına ehtiyacı olduğunu vurğulayan Borrell, "Çünki Rusiya təhlükəsizliyimizə hücum etdi. Bu görüş Ukrayna üçün bir dəstək toplantısıdır. Burada müxtəlif dəstəklər təklif olunacaq. Rusiyanın etdiklərinin müharibə cinayəti olduğunu göstərmək üçün Ukraynanın səylərini dəstəkləyəcəyik"

Rusiyanın Avropada müharibəyə başladığını ifadə edən Borrell, "Ukraynanın yenidən qurulması böyük qaynaqlar tələb edəcək. Rusiya bu əvəzi ödəməlidir. Rəqəmlər nə olursa olsun, bunun çox yüksək olacağını bilirik" ,- deyə  vurğulayıb.