Türkiyə dənizdə 2200 metr dərinlikdə Qara dəniz quyularından əldə edilən qazı saxlayacaq 280 tonluq qaz anbarı quraşdırıb, əməliyyat iyirmi saat ərzində aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb. 

“Qara dəniz qazı quruya bir az da yaxınlaşıb. Quyulardan alınan qazı toplayaraq, əsasən boru kəmərlərinə birləşdirəcək nəhəng 280 tonluq paylayıcı anbar dənizin 2200 metr dərinliyində quraşdırılıb. 20 saat davam edən əməliyyat onun (anbarın) bir millimetr belə tərpənməməsi üçün cərrahın dəqiqliyi ilə həyata keçirilib”, - qəzet yazıb.

Bildirilib ki, Türkiyə tarixində ən böyük hesab edilən Sakariya mədənində Türkiyə Neft Şirkətinin (TPAO) ekipajlarının işi gecə-gündüz davam edir.