Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Münhen Təhlükəsizlik Konfransının korrupsiyaya uğradığını və Rusiya rəsmilərinin “həqiqəti söyləmək” üçün konfransa dəvət edilmədiyini bildirib.

"Unikal" xəbər verir ki, Medvedev "Twitter" səhifəsində verdiyi açıqlamada Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin Rusiya rəsmilərinin konfransa dəvət edilməyəcəyi ilə bağlı bəyanatını dəyərləndirib.

Medvedev, Heusgeni "kor katib" olaraq xarakterizə edərək, "Münhen Təhlükəsizlik Konfransı tamamilə pozulub. İndi rusları dəvət etməyə qorxurlar ki, həqiqəti eşitməsinlər. Amma həqiqət yavaş-yavaş avropalılar arasında yayılır”, - deyə yazıb. 

Ukraynadakı müharibəni də müzakirə edəcəyi gözlənilən Münhen Təhlükəsizlik Konfransının gələn il fevralın 17-19-da keçirilməsi planlaşdırılır.

Gülayə Mecid