Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın isveçli jurnalistə müsahibəni yarımçıq qoyub. 

"Unikal" xəbər verir ki, prezidentin sözçüsü İbrahim Kalın, İsveçSVT televiziyasında müsahibə verib. İsveçli jurnalist Türkiyənin beynəlxalq cinayətkarlar üçün sığınacaq olub-olmaması sualını verəndə Kalın müsahibəni yarımçıq kəsib.

Amma veriliş zamanı baş verənlər efirdə öz izini qoyub.

“Böyük bir ölkəni ittiham etməyiniz qəbuledilməzdir” -deyə Kalın jurnalistə əsəbləşib və müsahinbəni yarımçıq qoyub.

"Sizin fərqli bir gündəminiz var. Türkiyənin kokain ticarəti üçün bir mərkəz olduğunu söyləyərək əsassız ittihamlar irəli sürürsünüz. Bunlar FETÖ-nün sözləridir. Bu, dürüst jurnalistika deyil". 

İsveçli jurnalistin Türkiyədəki mafiya və narkotik ticarəti ilə bağlı suallar verməyə davam etməsindən sonra sualları "gülünc" olaraq xarakterizə edən Kalın efirin kəsilməsini tələb edərək müsahibəni yarımçıq kəsib.

Gültəkin Ələsgər