Ermənistanın Baş naziri Nikol Paşinyanı təhqir edən İrəvan sakini,  tarix müəllimi Akop Qriqoryan cərimə  edilib.  

"Unikal" erməni KİV-ə  istinadən xəbər verir ki,  bu barədə hökmü İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsi qərar verib.  

Hökmə əsasən, Akop Qriqoryan 150 min dram cərimə ödəməlidir.

Bildirilir ki, Akop Qriqoryan  2021-ci ilin may ayında vəzifəsindən istifadə edərək tələbələrin iştirakı ilə ikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışlar edib.

Gülayə Mecid