Bir müddət irqçi çıxışlarına görə bir çox brendlərlə iş birliyinə son qoyan dünya şöhrətli reper Kanye Uest  üzünü tamamilə örtən qara maska ​​ilə canlı yayıma qatılıb.

"Unikal" xəbər verir ki, Aleks Consun verilişinə qonaq olan reperin üslubu, eləcə də sözləri tənqidlərə səbəb olub.

Diqqətçəkən ritorikasını davam etdirən Uest əlində İncillə kamera qarşısına keçərək “Hitleri bəyənirəm” deyib. 

"İnsanlar nasistləri təhqir etməkdən əl çəkməlidir. Hitler 6 milyon insanı öldürmədi", - deyə o,  ifadə edib.