İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələrinin evinə hücumu nəticəsində həbs edilib və şəxsi əşyaları da müsadirə olunub.

"Unikal" xəbər verir ki, bu barədə  “Azad İran” teleqram kanalı məlumat yayıb.  

Bildirilir ki,  Məhəmməd Bağır Bəxtiyar audio fayl yayaraq İran hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırıb. 

O, bildirib ki, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnozu qoyublar".

Gülayə  Mecid