Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ümumilikdə 1300-dən çox Ukrayna hərbçisinin rus əsirliyindən azad edildiyini açıqlayıb.

"Unikal"  xəbər verir ki,  bu  barədə Zelenski "Telegram" hesabında paylaşdığı videomüraciətdə deyib.  

Dekabrın 1-də Rusiya ilə etdikləri əsir mübadiləsi ilə 50 Ukrayna hərbçisinin evlərinə qayıtdığını qeyd edən Zelenski, indiyədək ümumilikdə 1300-dən çox ukraynalının Rusiya əsirliyindən azad edildiyini bildirib.

"Gəlin onların hamısını geri qaytaraq. Bütün Ukrayna azad olacaq. Bütün ukraynalılar evdə olacaq", - Zelenski bildirib.

Seymur Əli