Moldova parlamenti hökumətin təklifi ilə dekabrın 6-dan etibarən daha 60 gün müddətinə fövqəladə vəziyyət rejimini təsdiqləyib.
"Unikal" xəbər verir ki, Baş nazir Nataliya Havrilitsa parlamentin tribunasından ölkədə fövqəladə vəziyyətin uzadılması təklifi ilə çıxış edib. O qeyd edib ki, regionda baş verənlər və Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Moldova müharibə başlayandan sonra tətbiq edilən fövqəladə vəziyyəti ləğv etmək üçün çox həssas olaraq qalır.
“Qonşu dövlətin ərazilərini ələ keçirməyə qanunsuz cəhdlər və kütləvi qırğın silahlarından istifadə riski, habelə hibrid hücumların gücləndirilməsi və Moldovada sosial-iqtisadi vəziyyəti sabitsizləşdirmək cəhdləri bizi vətəndaşlarımızı qorumaq üçün operativ reaksiya verməyə vadar edir",- o bildirib.
Müddətinin uzadılmasının lehinə 55 deputat, o cümlədən Fəaliyyət və Həmrəylik partiyasının (AKP) deputatları səs verib, müxalifət isə etiraz olaraq iclas zalını tərk edib.
Gülayə Mecid