“Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı” təsdiq edilib.
Nazirlər Kabinetindən "Unikal"a verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli qərarı isə ləğv edilib.