Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirdiyi hərbi təlimlərlə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, Nazirliyin rəsmi “Twitter” hesabında etdiyi paylaşımda bildirilir:
“Tək Ordu! Tək Güc! Tək Yumruq! Türkiyə və Azərbaycan yaxşı gündə də pis gündə də “İki dövlət, tək millət” anlayışı ilə bir və bərabər olmağa davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”.