Bakı və Ankara təhdidlərə birgə cavab verəcək. “Bizim hər hansı birimizə qarşı hər hansı təhdid və ya təxribat universal olaraq qəbul ediləcək”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
“Dostlarımız ortaqdır, hər birimizin düşməni həm Azərbaycanın, həm də Türkiyənin düşmənidir, buna heç kim şübhə etməsin”- deyən Hulusi Akarın sözlərinə görə, dünyada və regionda həm təhdidlərin, həm də təhlükələrin olduğu son dərəcə təhlükəli bir mərhələdəyik.
“Bu çətin vəziyyətdə iki ölkə və xalqımızın təhlükəsizliyinin təmin edilməsi yalnız təsirli və təmkinli ordunun köməyi ilə mümkündür”, - deyən Akar, güclü ordunun müasir hərbi texnika ilə yanaşı, təcrübəli mütəxəssislərə də ehtiyac olduğunu vurğulayıb.
Akar bu dəfə İranla həmsərhəd bölgələrdə keçirilən Türkiyə-Azərbaycan hərbi təlimlərini izləmək üçün Bakıya gəlib . Bundan əvvəl Tehran Azərbaycanla sərhəddə genişmiqyaslı təlimlər keçirib.
Gültəkin Ələsgər