Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Xocalıya (Azərbaycan ərazisinə) keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.
"Unikal" xəbər verir ki, Xocalıya yola düşən İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə düşüb.
Belə ki, sülhməramlılar azərbaycanlı jurnalistlərini Azərbaycan ərazilərinə buraxmayıb. Jurnalistlər onlara nə qədər izah etməyə çalışsa da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər onları Xocalıya buraxmaq istəməyib.