Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın yolunda aksiya keçirən ekofəallar və QHT təmsilçiləri böyük monitorda dünya çempionatının yarımfinal oyununu izləyiblər.
"Unikal" apa-ya istinadən xəbər verir ki, İctimai Televizya aksiya keçirilən ərazidə böyük monitor quraşdırıb. Monitorda dünya çempionatının ikinci yarımfianl oyunu – Fransa: Mərakeş matçı nümayiş etdirilib.
Aksiya iştirakçıları ilə yanaşı sülhməramlı hərbçilər də matçı izləyə bilib.
Bu fakt bir daha aksiyanın dinc mahiyyətini nümayiş etdirir.