"Kim Avropada təhsillə bağlı diplom gətirirsə, bütün strukturlar qaça-qaça onu işə götürürlər".
"Unikal" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, Azərbaycanda 200 bal toplaya bilməyənlər xaricdə pul verib diplom alırlar, bütün strukturlar onları işə götürürlər ki, xaricdə təhsil alıblar:
“Bəs bizim universiteti bitirənlər necə olsun? Çalışmalıyıq ki, öz kadrlarımızı yetişdirək, təhsili inkişaf etdirməliyik. Xaricdə təhsil alanlar ölkəyə qayıdanda özləri ilə yeni əqidə, psixologiya, adət-ənənə, mənfi xüsusiyyətlər gətirir. Biz öz dövlətçiliyimizi qoyumalıyıq”.