Polis əməkdaşları tərəfindən Bakı Metropoliteninin stansiya və vaqonlarında talama əməlləri törədən şəxs müəyyən edilib.
DİN-dən "Unikal"a verilən məlumata görə, iki və daha artıq sərnişinin mobil telefon və pulunu oğurluq və soyğunçuluq yolu talamaqda şübhəli bilinən 1990-cı il təvəllüdlü Afiyəddin Kərimov saxlanılıb.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur.
Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir.